Sərlövhə

Bir ildə qocaldım.

Bir ildə belə keçdi həyatımdan. Hər il elə bil nəsə mənasızlaşır, adiləşir. Ailəmizə yaxın bir qadın var. O bir gün mənə dedi ki, ay Xanım, 21 yaşından sonra illər elə tez keçəçək ki bir də görəcəksən 30 yaşın olub. O vaxt güldüm. Dedim bu nə danışır. Amma indi anlayıram ki, yox o həqiqəti deyirmiş. Bu il çox şeylərlə yadda qaldı mənim üçün. İlk növbədə onunla ki, Azərbaycanda ən popular olan "Bacanaqlar" serialına dəvət aldım və 5 ay ərzində fevraldan iyula kimi baş rollardan birinə çəkildim. Məncə böyük uğurdur. Çünki ixtisasca mən kompüter mühəndisiyəm. İkinci uğurum ixtisasım üzrə Azərbaycan Dövlət prezidenti yanında İdarəçilik Akademiyasının "Paylanmış sistemlər və şəbəkələr" ixtisası üzrə magistraturasına daxil olmağımdır. Keçən il daxil olmaq magistraturaya alınmamışdır. Deməli qismət bu ilə imiş. Yayda 23 yaşım tamam oldu. Bir ildə qocoldım. Bu il çox insanlarla tanışlığım oldu. Booclubun tərkibində bir neçə bölgəyə "Kitab şəbəkəsi" yaradmaq niyyəti ilə səyahət etdik. Sonra aöır xəstəlikdən axır ki müalicə ala bildim. Ümüd edirəm daha belə xəstələnməyəcəyəm. Allah heç vaxt insnaı kitaba və dərmana pulu çatmayacaq günə salmasın. Bu il kifayət qədər kitab oxudum. Ancaq, yenə də azdır. Bundan da çox oxuya bilərdim. Dostlarım, yaxınlarım mənə kitab hədiyyə etdilər. Ümumən hədiyyələrin yox səviyyəsində deyildi. Hamıya dərin minnətdarlığımı bildirirəm. Çox sag olsunlar ki, çətin günümdə dayaq oldular, yanımdaydılar. Mən də əlimdən gələni edəcəyəm ki, bacardığım qədər yanlarında olum və dəstəyimə ehtiyacları olanda dəstək olum. Həyat onsuzda ya faciyədir, ya da komediya. Lakin, elə yaşamaq lazımdır ki, nə öz həyatını puç edəsən, nə də digərlərinin. Onsuzda həyat qısadır. Bizsə əbədi deyilik. Hamıya yeni ildə can sağlığı, uğurlar, qəlblərində olan bütün saf arzuarın tez bir zamanda həyata keçməyini arzulayıram. Yeni ilimiz mübarək. 

2 комментария:

  1. Biz de seni tanidigimiz ucun cox sansliyiq Xanim.Gözel urek sahibi insansan.Bu yazida oxudugum bir soz yaddasima hekk olunacaq yeqin ki."Allah heç vaxt insnaı kitaba və dərmana pulu çatmayacaq günə salmasın".
    Sene bu il heyatinda bol-bol ugur arzuluyuram xanim:)

    ОтветитьУдалить
    Ответы
    1. Cox sag ol Gunay men de seni ve butun patokdaki ushaqlari tanimagima cox shadam . En bogyuk ugurlarimdan biridir bu ils iszi tanidigim ucun. Xosh sozlere gore cox sag ol :*

      Удалить