Mən tənhayam
Yalqızlıqdan boğularaq
Sənlə olub, sənsiz qalıb
Tənhalıqdan ilham alıb
Kimliyimi itirərək
Sənsiz hər an yox oluram
Söykənərək bir küncə mən
Başımı çırpmaq istəyirəm
Divarlara əsbimdən
Hey qışqırım hey çığırım
Qoy tutulsun səsim, sözüm
Kəlmələrim qoy yox olsun
Mən məhv olmaq istəyirəm
Çünki məni daxilən sən
Məhv etmisən öldürmüsən
Ürəyimi parçalayıb
Nədən məni dərdə salib
Sən var olarkən yox olmusan
Axı sənlə yaşayırdım sənlə vardım
Təkcə sənə özümü mən
Bəxş ederək yaşayardım
Sən nankorsan nadan insan
Azlıq etdi məhəbbətim
Sənə daha nələr lazım
Nələr axı söylə mənə
Tez tez xatırlaram
Sənlə keçən xoş günləri
Hiss etdiyim nəfəsini
Əllərinin istisini
Birdən açdım gözlərimi
Gördümki mən
Elə həmin otaqdayam
Nə sən varsan nədə bir kəs
Əli qolu bağlı yataqdayam
Heç demə mən havalanıb
Dəlixanada boş bir otaqdayam
Комментариев нет:
Отправить комментарий