Biz tez keçən anlardan ibarət dünyada yaşayırıq və
onlardan hər biri özündə mənalı nəsə daşıya bilər. Belə bir an gələndə, mən
instiktiv davranıram. Göz və barmaq arasında belə demək olarsa elektron impuls
keçir. Lakin, hətta buda çoxdur. Mən elə bir vaxt arzusundayam ki, o zaman düyməyə
basan beyin və barmaq arasında addıma belə vaxt sərf etməyə ehtiyac olmayacaq.
Və mən sadəcə gözümü qırpmaqla çəkə biləcəyəm. Bax o zaman mən əls fotoqraf
olacağam.
Dostlar arasında Eyzi kimi tanınan, Alfred
Eyzenştedt, 6 dekabr 1898-ci ildə Qərbi Prusiyada yəhudi ailəsində dünyüyü göz
açıb. 1906-cı ildə ailə Berlinə köçüb, hardan ki, Birinci Dünya Mühraibəsi
zamanı gənc oğlanı ordu sıralarına çağırdılar. Yaralandıqdan sonra
demobilizasiya olunaraq, o, qalanteriya malları ilə ticarət etməyə başladı.Öz
ilk fotoaparatını çarxlı lentli bükülən Kodakı, Alfred 14 yaşında aldı.1920-ci
illərin ortaları o, şəkillərini Hitlerdən qabaqki Almaniyanın popular olan
“Berlin Tageblatt” qazetinə göndərməyə başlayır, sonralarsa şəkillərini
“Associated Press”-ə satmağa başladı.O zamanlar o, bilmirdi ki, bu onun onun
bütün həyatının işi olacaq: “Fotojurnalizm
yeni-yeni dirçəlirdi, düzünü desəm mən demək olar ki heçnə bilmirdim” –
sonralar o, yada salırdı, - “Bu mənim üçün sərgüzəşt idi”.
Artıq 1930-cu illərin əvvəlləri, şüşə neqativ və
kifayət qədər narahat fotocihazlardan istifadə edərək, Alfred Eyzenştedt bir
neçə şəkil çəkdi,hansılar ki, öz tarixi və bədii qiymətinə görə bütün vaxtların
və xalqların ən yaxşı şəkilləri silsiləsinə daxil oldu. Sant-Moris otelində
konkilərdə ofisiantı; milanın opera teatrı “La Skala”, bir-birinin əlini sıxan
Hitler və Mussolini şəkillərini yara salmaq kifayət edir. Ən güclü şəkillərdən
biri 1933-cü il Cenevədə 15-ci Millətlər Liqası zamanı çəkilmiş şəkildir. “Otelin
qabağındakı çəmənlikdə Hitlerin Təbliğat Naziri həkim Cozef Qebbels əyləşmişdi....
Qəflətən o, gözlərini qaldırdı və bu an mən düyməyə
basdım. Onun gözləri nifrətlə dolu idi. ... Bu şəkili dəfələrlə bütün dünyada nəşr
ediblər. Məndən soruşurdular, bu tip qəhrəmanları çəkərkən, mən nə hiss edirəm.
Əlbətdə, o qədər də yaxşı deyil, ancaq, mənim əlimdə kamera olanda – mən heçnədən
qorxmuram”.
1935-ci il Eyzenştedt hiss etdi ki, Almaniya
ged-gedə daha qonaqpərvər olmamağa başlayır və o, Amerikaya köçdü. Dili bilmədiyinə
baxmayaraq, o, tez bir zamanda uğur əldə etdi: artıq növbəti il “Life”
jurnalının ilk fotoqraflarından biri oldu, hansı ki, onun təsis edən Henri
Lüisin fikrincə “mətnərin yerinə fotoşəkillərdən istifadə edərək, əhvalatlar
danışmalıydı”. O zamanlar jurnal öz fəaliyyətini təzə başlayırdı və jurnalın
Birləşmiş Ştatlar və Qərbi Avropada ən popular dərgi olmasında Alfred
Eyzenştedtin əməyi az deyil. İlk vaxtlar Amerikada Eyzenştedt ortaformatlı
Rolleiflex fotoaparatdan istifadə edirdi, hansı ki, onun çox xoşuna gəlirdi
“çünki Rollieflex gözləri qaldırmadan aşağıda tutmaq olar; bu yolla, heç kim mənim
necə çəkdiyimi görmür”, - o, aydınlaşdırırdı, - “Mən sadəcə heykəl kimi fəaliyyətsiz
durmuşdum. Və heç kim mənim nə etdiyimi görmürdü. Belə şəkillər etmək üçün gərək
zəhlə tökən olmayasan və kütləylə qarışmağı bacarasan. Əgər buna fotqrafın hündür olmayan boyunda əlavə
etsək (bir metr yarımdan bir az çox), aydın olur ki, o, təkcə Rolleiflexlə yox,
eləcə də Leykayla da demək olar ki görünməz idi.
Özünün ən tanınmış şəkilini Alfred Eyzenştedt 14
avqust 1945-ci ildə Amerikanın hamılıqla qeyd etdiyi “V-J Day” adlanan (Victory
over Japan Day – Yaponiya üzərində qələbə günü)
günü çəkib. Bu günün axşamı o, orduya könüllü qoşulanlar məntəqəsinin
yerləşdiyi Tayms-Skver meydanında gəzişirdi. Axşam 7 radələrində radioda
Yaponiyanin təslim olması haqqında elan verdilər və meydan sevinc qışqırıqları
ilə doldu. Əlbətdə Alfred Eyzenştedt orda təsadüfi və boş əllə deyildi. Sonra
o, yada salırdı ki, sevinən insanları çəkərək dal-qabağa gedirdi ki, qəflətən
meydanda matrosu gördü, hansı ki, “sürətlə irəliləyən və seçmədən bütün
qadınları: cavan və yaşlı, kök və arıqları öpürdü. Mən müşahidə edirdim, lakin,
çəkmək arzusu yaranmırdı. Qəflətən o, nəsə ağ nəsə tutdu. Mən güclə kameranı
qaldırdım və onu tibb bacısını öpən yerdə çəkdim”.
Eyzenştedtin zaraftca “sözsüz təslim olma”
adlandırığı bu şəkil, amerikanlar üçün İkinci Dünya Müharibəsində qalibiyyət
simvolu oldu.
Öz karyerasının başlanğıcında Alfred Eyzenştedt öz
işlərində reportaj və bədiliyi uyğunlaşdırmağa çalışırdı. “Mən piktorialist
kimi başlamışdım”, o yada saldı, - “Mən elə indi də gözəl şəkillər çəkməyə
çalışıram”. Və o, bunu bacarırdı. Yarım əsrdən çox iş vaxtı ərzində 20-ci əsrin
foto-ikonası olmuş şəkillər şəkdi. 1954-cü ildə Nyu-Yorkda fotoqrafın ilk sərgisi
baş tutudu, hansıdan ki sonralar onlarla belə sərgilər oldu. 1958-ci ildə
“Popular Photography” jurnalı 10 ən yaxşı müasir fotoqraflardan biri adlandırdı.
Eyzenştedtin şəxsi həyatı barəsində eləcə çox şey məlum
deyil. “Biz tez-tez ünsiyyətdə olurduq,lakin, buna baxmayaraq, mən bilmirdim
ki, onun bacı və qardaşı varmı, 1940-cı illərin sonu Ketidən qabaq evli
olubmu”, - fotoqraf Con Lenqard yazırdı. “Mən bilirəm ki, o anasına 1936-c ildə
Almaniyadan çıxmağa kömək etmişdi, amma, o, heç vaxt Holokost haqqında
xatırlatmırdı. Mən onun digər qohum və dostları haqqında bilmirəm. O, öz hisslərini
nümaişə qoymağı sevmirdi, ancaq, digər tərəfdən iş yoldaşlarında kimsə xəstələnəndə
o, narahat olurdu. Bir dəfə mən bel ağrısıyla iki həftə yataqda yatdım və təkcə
“Life”-dan zəng etdilər- o, onlardan biri idi”.
Öz işləri və onun nəticələri haqqında o həvəslə
danışırdı: “ Mən saatlarla yağış damlasını seyr edə bilərəm. Mən həmişə şəkillər
görürəm – mən gələcək şəkillərin obrazları ilə düşünürəm”, - o, etiraf edirdi.
Sonrasa qeyri-adi vacib əlavə etdi: “Əgər mən şəkilləri görmürəmsə, kameranı
çantadan çıxarmıram. Bax belə sadə resept – və ona əməl etmək necə də çətindir!
O, sevimli işindən kənarda qala bilmirdi: “ O mənə
deyirdi ki, əgər işə getməsə, ölər”, - Eyzenştedtlə 20 il işləmiş rejissor və
fotoqraf Qordon Parks xatırlayırdı. Və o, ölənə kimi işləməyə davam edirdi:
1993-cü ildı 95 yaşlı fotoqraf ABŞ-ın prezidenti Bill Klinton ailəsiylə poza
verirdi. Bu masterin axırıncı fotosessiyası idi – o, 24 avqust 1995-c ildə
dünyasını dəyişdi.
Комментариев нет:
Отправить комментарий