Sərlövhə

Mingəçevirdən xoş xatirələr.

Martın 10-12 arası ikinci dəfə idi ki Mingəçevir şəhərinə səyahət edirdim. Noyabrda və bu ay səyahətimin əsasə səbəbi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair təlim idi. Keçən dəfəki kimi iki qrupdan təşkil olunan təlimin birinci ilk 3 günlüyə mən getmişdim. 

Təlim Mingəçevir Valideynlər Assosiasiyası, Çexiya  (“Transitions”) və Polşadan (“Linking”) olan tərəfdaşları ilə birgə  Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilir. Təlim Mingəçevir Media mərkəzində baş tutur. Layihənin rəhbəri Fərman Nəbiyev keçən dəfə ki kimi bizi xoş üzlə qarşılayaraq, qalacağımız yerlərə yerləşdirdi. 

Noyabrda olarkən mən qrupla bərabər Mingəçevir Tarix muzeyinə getmişdim, bu səfər isə Mingəşevir Dövlət Dram teatrına "Milli teatr" günümüz münasibəti ilə baş çəkdik. Bundan savayı teatrında nəznində təşkil edilmiş kinoteatrda da belə film izlədik. Bu şəhərə mən aşiq oldum. Geniş parkları, mülayim havası və mehriban əhalisi var. Sevirəm bu cür şəhərləri. Səsdən-küydən uzaq və hüzur içində həyat. Şairlərin vəsf etdiyi Kür həmişə ki kimi gözəl idi və onun sahilində dolaşmağın bir başqa ləzzəti var. 

Fərman müəllimlə həyat yoldaşı Yeganə xanımın qrup uşaqlarına münasibəti və təlimin yüksək səviyyədə təşkili bizi sevindirməyə bilməzdi. Bu təlimlərdə əsasən dövlət strukturları işçiləri və eləcə də qeyri-hökümət təşkilatlarından nümayəndələr olur. Təlimə ölkəmizin müxtəlif bölgələrindən nümayəndələr təşrif buyurmuşdu. Təlimçimiz media üzrə mətəxəssis Lyaksey Lyavonçik idi. O bizə müxtəlif media alətləri vasitəsi ilə məqalələrin yazılmasında yardımçı vasitələrdən istifadə qaydalarını nəzərə və əyani olaraq istifadəsini göstərdi və praktiki olaraq biz o vasitələrdən təlim zamanı istifadə etdik. Təlimçi ilə ünsiyyətin qurulmasında xüsusi yeri Kərim Əliyev tutdu. Kərim Əliyev Mingəçevir Dövlət Universitetində, İngilis dili fakültəsində, Praktik tərcümə və ingilis ədəbiyyatı tarixindən dərs deyir. Kərim müəllim sinxron olaraq, Azərbaycan dilindən İngilis dilinə və İngilis dilindən Azərbaycan dilinə bizim ünsiyyyətimizi qurmaq üçün danışıqlarımızı tərcümə edirdi. Növbəti təlim qrupu 17-19 mart tarixlərində Mingəçevirdə olacaqlar. Bu layihə bir il ərzində nəzərdə tutulmuşdur. Layihə rəhbərinə və əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Xoş xatirələr üçün çox sağ olun.

Gəl görüşək, yaxud sən mənim heç xoşuma gəlmədin.

Gək görüşək. Biz niyə əks cinsin nümayəndəsini bəyənir, onunla münasibət qurmaq istəyir, onu gələcək övladlarımızın valideyni görürük?
Bu sualla mən feysbukda status yazmış, "Sizin mentallitet" səhifəsi statusu bəyənərək bölüşmüşdü. Yazılan rəylərdən belə qənaətə gəlmək olur ki kişi cinsinin nümayəndələri üçün qadının görünüşü elə də önəm daşımır. Yox, o anlamda yox ki vecsizdirlər. Əsla. Sadəcə qadınlar qulaqları ilə sevər, kişilər gözləri ilə deyimi heç də həqiqətə uyğun gəlmir. Xoş sözü hər iki tərəf sevir, görünüşü də elə. Sadəcə nəzərə alsaq ki seçən tərəf həmişə qadınlardı bu baxımdan da onlar kişini ilk növbədə görünüşünə görə seçirlər. Məsələ burada instinktlərdədir. Qadınlar gələcək övladlarına ata seçərkən, onların sağlam nəsil yetişdirilməsi üçün kişinin sağlam, və yaraşıqlı olması xüsusi şüuraltı önəm daşıyır. Kişilər qadının sinəsinə baxması təkcə sinə formalarını sevməklərində yox, eləcə də gələcək uşaqlarının analarının süd vermək qabiliyyətinə, çanaqlarının genişliyi isə körpə bətnində necə sağlam şəkildə daşınması durur. Əlbət ki qadın kişiyə, kişi isə qadına baxarkən şüurlu şəkildə bu haqda çox vaxt düşünmür. Qadınların övladlarına ata seçərkən onun imkanlı olması da şüuraltıdır. Övladlarının gələcəyini təmin etmək üçün onlar daha imkanlı şəxs seçmək istəyirlər. 
Keçirdiyim sorğuda kişilərin  çox hissəsi qadınların görünüşündən çox onların nə qədər ünsiyyətə meyilli, maraqlı olmasını önə çəkdikləri halda, qadınlar daha çox yaraşığa, yəni görünüşə önəm verdiklərin vurğulayıblar. İlk baxışdan yaranan simpatiya və ya antipatiya sonralar öz təsdiqini heç də həmişə tapmır. Ünsiyyət zamanı insanları tanımağa başlayırıq. Bu zaman onların bizlə üst-üstə düşən və düşməyən fikirləri, idealogiyaları, inamları söhbətin mövzusu olduğunda bizim nə qədər uyğun gəlib, gəlməməyimiz aydınlaşır. Qadın vəkişi münasibətlərində təkcə fikir uyğunluğu yox, fiziki uyğunluq da mühüm yer daşıyır. Bədən quruluşları, seks zamanı xüsusi bir yer tutmasa da seksin özü münasibətdə əsas yerlərdən birini tutur. Nigahın pozulması təkcə xasiyətlərin müxtəlifliyi deyil, temperamentlərin də təzadlı olmasından irəli gəlir. Həddindən artıq çılğın, ehtiras dolu birisinə, sakit təbiətli seksdən zövq almayan insanla yaşamaq əzabdan başqa bir şey olmur. Bu zaman həmin şəxs bu hərəti başqasında axtarmağa başlayır. Xəyanətlərin çoxu temperament fərqliliyindən baş verir. Amma bu haqda başqa vaxt yazacağam. 
İlk baxışdan eşq deyilən anlayış demək olar ki yoxdur. Biz sadəcə şüuraltı olaraq ideal hesab etdiyimiz bir model formalaşdırırıq.Bu model ətrafımızdan, gördüklərimizdən, oxuduqlarımızdan formalaşır və biz beynimizdəki bu modelə uyğun bir şəxsə rast gəldiyimiz zaman beynimiz bu şəxsn görünüşü ilə eyni anda sinxronlaşdırma aparır və həmiş şəxs skaynerdən bir növ keçirlir. Bənzərlik çox olduğu halda bizə bu insana aşiq olduğumuz kimi gəlir. Sevgidə belə deyil. Aşiqlik heç də həmişə sevgiyə keçmir. Biz sevərkən beynimiz bir neçə hormon ifraz etməyə başlayır. Sevgi minimum 18 aydan, maksimum 3 ilə qədər davam edə bilər. Bu hormonların bəziləri başqa zamanlarda da ifraz olunur. Bu haqda da başqa zaman yazacağam.
"Mən insanın daxilinə fikir verirəm" deyimləri heç də həqiqətə uyğun gəlmir. Yuxarıda sadaladıqlarımdan irəli gələrək görünüş mühüm roldaşıyır. Biz daha sonra daxilinə, yəni, düşüncəsinə, biliyinə, həyata baxışına fikir veririk. Bu daha sonra önəm kəsb etməyə başlayır. beləki xoşumuza gələn birinin ağızını açdıqdan sonra ona qarşı simpatiyamız itir yaxud güclənir. Bu hadisə əksinədə baş verir. Xoşumuza gəlməyən birisi ilə müəyyən səbəblərdən ünsiyyətə girdiyimiz zaman düşüncələrimizin üst üstə düşməsi o şəxsdə simpatiya yarada bilər. 
Bizim seçimlərimiz, kimləsə görüşmək, onunla ünsiyyət qurmaq bu öncə bizim ehtiyaclarımızdan irəli gəlir. İçimizdəki boşluq doldurulsun, eqomuz tətmin edilsin deyə biz tanışlıqlar axtarır, yeni insanlar tanıyır və bu yolla özümüzü "doydururuq". İnsanlar bir birlərini virtual, yaxud real olaraq birinci görünüşə baxırlar.
Bütün bunların başında izdivaca girmək, özümüzdən sonra nəsil buraxmaq və boşluqları doldurmaq niyyətindən savayı bir şey deyildir. 
P.S. Sizə qarşılıqlı sevgilər diləyi ilə növbət yazılarımda görüşənədək. 



O bir gün küsdü tanrıdan....

O bir gün küsdü tanrıdan
Dedi: "Səni daha danışdırmıram
Sənə inanmıram, səni sevmirəm
Sən buna indi sınaq deyirsən?
Övlad öldürənlərə övlad verirsən
Mənə gəlincəsə boş beşik ilə
Gözü yaşlı qoyub, sınaq edirsən".
O bir gün küsdü tanrıdan
Ayrıdı özündən bütöv dünyanı
Sevdiyi qadını bütöv dünyaydı
İblis tək tanrıya üsyan edərək
İsti yuvasından çıxıb gedərək,
Beləcə bu insan küsdü tanrıdan
Əfv qapıları açıqdır, insan
Bir gün sən də qayıdacaqsan
Dönəcək ümidlər, inamlar sənə
Xoşbəxtlik qadınınla girəcək evə
Küsülülük qalacaq sənə dünyadan
Qaçan yerin hara? Barışacaqsan
Yadında qalanlar deyəcək sənə
O bir gün küsdü tanrıdan....
03.12.2016

Şairəm, bilirsən?


Şariəm, bilirsən necə əzabdır sevmək

Necə gecələr yatmamaq
Öz ruhunla sevişmək?
Şairəm, bilirsən necə iyrəncdir özgə əllər?
Necə qorxuncdur özgə qollarda
Özgə dodaqlar, özgə yataqlarda
Özgə insanlarla çəkişmək?
Şairəm, bilirsən nədir incidən
Nədir üzən, nədir küsdürən?
Səni sevən birisini sevə bilməmək
Üzərək, üzülərək, istirab çəkmək
Şairəm bilirsən mən hey susuram
Üzümdə təbəssüm, gözlərimdə qəm
Şairəm, şairəm axı bilirsən
Sevmədən sevirəm bu sevgi bəlkə
İşgəncə olsada mən ki xoşbəxtəm
Şairəm, bilirsən mən axı dəliyəm
Dəlilər nə anlar dünya işindən
Gələcək keçmiş tək 
Keçməmiş demək
Şairəm, bilirsən? 
Bilirsən, gülüm.
Bir son var, yox deyil axı o ölüm
Şairəm, ölmüşəm basdıran yoxdur
Şairəm mövcud yox sən yalnız yaşa
Şairəm, xoşbəxt ol, 
Şairəm, var ol.
P.S. Sevdiyim şairəyə

Şairə Bənövşə Mahmudqızına ithaf olunur.

Bookmate saytı haqqında

Bu səfər mən sizə Azercell şirkətinin birgə istifadəyə verdiyi Bookmate tədbiqinin saytından danışacağam. Bookmate - abunəlik əsasında elektron kitablar oxumaq üçün xidmətdir. Bookmate Android, iOS, Windows Phone əməliyyat sistemlərinə malik olan telefon və planşetlər üçün tədbiqdən ibarətdir. Lakin bundan başqa rəsmi sayta malikdir və tərəfdaşlarlarına uyğun olaraq saytın o tərəfdaşa uyğun səhifələri mövcuddur. 
Azercell şirkətinə aid olan Bookmate səhifəsinə Bookmate Azercell linkinə klikləməklə keçid edə bilərsiniz.
Abunəlik pulladır. Amma Azercell öz abunəçilərinə 7 günlük pulsuz abunəlik hədiyyə edir. Bunun üçün göstərilmiş xanada öz mobil nömrənizi daxil edərək, "Oxumağa başla" xanasına klikləməlisiz. Ancaq bir şeyi unutmamalısız ki 7 gündən sonra siz pullu abunəliyə keçirsiz və hər gün üçün ƏDV daxil olmaq şərtiylə sizin balansınızdan 0.15 AZN çıxılacaqdır. 
Nəzərinizə çatdırmalıyam ki 3,5 AZN aylıq ödəniş haqqı ödəyərək siz Bookmate vasitəsilə istənilən kitabı oxuya və öz kitabxananıza əlavə edə bilərsiniz.  Hər bir abunəçi Bookmate-dən 1 həftə ərzində pulsuz istifadə edə bilər.

Həmçinin Bookmate-dən bir aylıq yox istəyinizə uyğun gündəlik, həftəlik və hətta illik qoşula bilərsiniz.

Bunun üçün aşağıda qeyd olunan açar sözlərindən birini telefonun ekranında yığın və xidmətdən faydalanın

*501# - 1 gün - 0.15 AZN
*507#- 7 gün - 0.99 AZN
*530#- 30 gün - 3.50 AZN
*590#-90 gün - 9 AZN
*180#-180 gün-16 AZN
*366#- 1 il - 30 AZN
Abunəliyi durdurmaq üçün isə *569# YES yığmaq bəs edir.


Qeyd: 
  • Bookmate tətbiqindən pulsuz istifadə etmək mümkündür, lakin bu təqdirdə siz məhdud sayda (xüsusən də klassik ədəbiyyatı) oxuya bilərsiniz.
  • Aylıq abunə haqqı hər ay yenilənir.
  • Tətbiqi cihazdan sildikdə xidmət deaktiv olunmur və hər ay 3,5 AZN aylıq abunə haqqın tutulması davam edir. Xidməti deaktiv etmək üçün tətbiq və ya sayt üzərindən ayarlara daxil olaraq avtoyenilənməni dayandırmaq lazımdır. 
  • Deaktivasiyadan sonra xidmət ayın sonunadək istifadədə qalacaq və növbəti aydan yenilənməyəcək. Mənbə :Bookmate tarif

Nömrənizi 994 kodu ilə daxil etdikdən sonra "Oxumağa başla" xanasına tıkladıqdan sonra bu cür səhifə açılacaqdır. Siz nömrənizi qeyd etdikdən dərhal sonra sizə təsdiq kodu gələcəkdir. Həmin təsdiq kodunu "Təsdiq kodunu daxil edin" xanasına yazmalısınız. 
Əgər Kod gəlmədisə, "Təkrar göndər" hissəsinə klikləyin. Öncədən qeyd etdiyiniz mobil nömrənizi dəyişdirmək istədiyiniz təqdirdə "Nömrəni dəyiş" hissəsinə klikləməyiniz kifayət edəcəkdir. 
Təsdiq kodunu daxil edib, ox işarəsinə kliklədikdən sonra yeni bir səhifə açılacaqdır. Bunda öncə dediyim kimi əgər sizin əməliyyat sisteminiz Android iOS, yaxud Windows Phonde olduğu halda siz əməliyyat sisteminizin tətbiq marketlərindən Bookmate tətbiqini smartfonunuza köçürdə bilərsiz. Android sisteminə uyğun olaraq  Google Play, iOS üçün App Store və Windows Phone uyğun olaraq Windows Store olacaq. Əgər sizin smartfonunuz yoxdursa, bu zaman siz "Saytdan oxu" hissəsinə klikləyərək, saytdakı elektron kitablar olan səhifəyə keçid edə bilərsiniz. Əgər saytla əlaqədar hər hansı sualınız varsa, göstərilmiş elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar. 
"Saytdan oxu" hissəsindən keçid etdikdən sonra açılan pəncərədən səhifənin dilini, axtaracağınız kitabların dilini  və yaradılmış profilinizə keçid edə bilərsiniz. Bundan savayı "Nə oxuyurlar" bölməsində abunə olduğunuz şəxslərin nə oxuduqlarını, "Mənim kitablarım" bölməsində hal-hazırda oxuduğunuz, sonra oxumaq üçün işarələdiyiniz, bütün kitablar və sayta yüklədiyiniz kitablar var. Eləcə də bu səhifədə: kitablar, rəflər, sitatlar və Bookmate saytında sosial şəbəkələr vasitəsi ilə əlaqələndirilmiş dostlarınızın profillərinə abunə ola bilərsiniz. Bundan başqa siz öz profilinizə daxil olaraq, ad və soyadınızı, özünüz haqqında bir neçə söz, şəxsi saytınızın linkini əlavə edə, elektron poçt, şifrənizi, doğum tarixinizi dəyişdirə bilərsiz. Kitab, müəlliv və janr xanasını isə axtarış üçün nəzərdə tutulmuşdur. 


Axtarışa verdiyiniz kitabın səhifəsində dərhal oxumaq üçün "Oxu" xanasına klikləməyiniz bəs edir. Sağ tərəfdə "Təəssürat" xanasına klikləyəndə kitab haqqında təəssüratlarınızı yaza bilər, kitabı rəfə əlavə edə bilər, əgər artıq kitabı oxumusunuzsa "Artıq oxumuşam" xanasına klikləyə bilərsiz.Paylaş bölməsində kitabı sosial şəbəkələrdəki profillərinizdə bölüşə bilərsiniz. Digər üç nöqtə kimi göstərilmiş hissə isə kitabı gizlin oxumaq və silmək üçün nəzərdə tutulmuşdur. Səhifənin aşağısında kitab haqqında saytın digər istifadəçilərinin təəssüratları yazılmışdır. 


Diqqətinizə yetirmək istəyirəm ki siz başqa şəxsə də abunəlik hədiyyə edə bilərsiniz. Bunun üçün ya axtarış zamanı çıxmış kitabın aşağı səhifəsinə gələrək "Abunəlik hədiyyə et" xanasına klikləmək, 
yaxud da brauzerin ünvan sətrində https://bookmate.com/gifts yazmaq lazımdır. Bookmate Hədiyyə

Bundan savayı açılmış səhifədə "Abunəlik hədiyyə et" xanasına klikləyəndə kiçik pəncərə açılır. Açılan pəncərədə sizə uyqğun hədiyyə paketini seçirsiniz. 
Məndən bu qədər :) Sizə xoş mütaliə və qiraətlər :)

Mən qadınam

Mən zamanın qadınıyam. Hələ də şeirlərdən zövq ala, hələ də xoşbəxtliyə inanan. Mən heçliyin qadınıyam. Hələ də ürəyinə toxunub, ürək döyüntülürini sevən, baxışlarını sezən, hər kipriklərin titrəyəndə qəlbim titrəyən qadınam. Mən keçmişin qadınıyam, hələ də romantik mahnılar və filmlərdən kövrələn, göz yaşlarını silib, heçnı olmamış kimi davranan, keçmişini unutmayan qadın. Mən o qocalmış qadınlardanam ki əllərini buraxdıqda belə yenə də arxasınca baxan, hələ də dönəcəyinə inandığım qadınlardanam. Torpağa gömdüyüm insanların addımlarını hiss edən, toxunuşunu xəyal edən, özünü diri torpağa gömmüş qadınlardanam. Mən hələ də sabahın bu gündən daha yaxşı olacağı inamı ilə başını balışa qoyub, sabahları gözləyən qadınlardanam. Mən sevdiklərimin bir təbəssümü üçün həyatını verə biləcək, bir damla göz yaşı üşün dünyanı təsrinə çevirmək gücündə olan qadınam. Mən ogüclü qadınlardanam ki artıq güclü olmaqdan yorulub, qorumaq yox, qorunmaq üçün başını qoymaq üçün çiyin axtaran qadınam. Mən mənim kimi millionlarla bu dünyada ruh kimi dolanan qadınlardanam.

Kibrit qutusundan pinhol kamera.

Kibrit qutusundan pinhol kamera.
Bunun üçün aşağıdakılara ehtiyac olacaq:
- Kibrit qutusu;
- Yeni 35-mmlik lent. İstənilən həassaslıqlı lentlər uyğun gələcək, ancaq, həssaslığı 100 və ya 200 olan lentlər məsləhət görülür;
- 35-mmlik lentin boş çarx ilə  işlədilmiş lentin çıxan hissəsi (fotolaboratoriyalardandan soruşmaq lazımdır, onlarda bundan çoxdur və onlar adətən bunu atırlar);
- Bir az nazik karton (lentin öz qutusu əla uyğun gələcək);
- Boş tənəkə banka ( tənəkə - nazik metal, ickilərin dəmir bankası uyğun gələcək);
- Qara izolyasiya edici yapışqan lent;
- Plastik spiral və ya böyük olmayan plastikin əyilmiş nazik hissəsi;
- Nazik tikiş maşının iynəsi və ya sancaq;
- Qayçı;
- İti bıçaq, rezak;

- Qara marker, flomaster.
Kibrit qutusunun novunun iç hissəsini çıxartmaq lazımdır. Novun düz mərkəzində 24mm-lik ölçüdə kvadrat işarələnir. Əgər şəkil standart formatda çəkilirsə, o zaman 36mm x 24mm ölçüdə düzbucaqlı kəsmək lazımdı. Çərçivə, bıcaqla qıraqları hamar qalmasına nəzarət edilərək, kəsilir. Yadda saxlamaq lazımdır ki, istənilən iti bucaqlar və lifin qalıqları hər bir şəkilin qıraqlarında iz qoyacaq. 
Kamerada daxili əksolunmanı (işıq ləkəsini) azaltmaq üçün nov markerlə qara rəngə rənglənilir.



Qutu daxildən də rənglənməlidir.

Qutunun düz mərkəzində 6mm-lik ölçüdə kvadrat qeyd edilir. Bu sahəsini və qıraqlarını bacarılan çəkildə səliqəylə kəsilir ki, liflərin artıqları qalmasın.
Aluminium parçasından təqribən 15mm-lik ölçüdə kvadrat kəsilir. Aluminium kvadratı qalın karton hissəsinin üzərinə qoyulur. Nazış tikiş maşını iynəsi və ya sancaqla aluminiumun mərkəzinə basılır. Barmaqlar arasında aramla buraraq, səliqəylə metalda deşik açılır. Bərk basmaq olmaz, elə etmək lazımdır ki, iynə təmiz və səliqəli qıraqlarla çox kiçik deşik açsın.
 Deşiyin ideal diametri təqribən 0,2mm təşkil edir. Bundan daha kiçikdə mümkündür, lakin, 0,2mm-dən böyük şəkilin kəskinliyinin korlanmasına gətirir.
Metal kvadratın iç hissəsi də qara rəngə rənglənməlidir.
Aluminium parçasını qutuya elə yerləşdirilməlidir ki, deşik qutunun yuxarı hissəsindəki kvadrat dəliyin düz mərkəsinə düşsün.
Aluminium qutuya izolasiya edici yapışqan lentlə yapışdırılır.


Sürgü düzəltmək. Sahəsi 32mm olan iki dənə nazik karton parça və 25 x40 mm ölçüsündə düzbucaqlı kəsilir. Kvadrat karton parçasının mərkəzində 6mm sahəli kvadrar kəsilir.

İşığı izolasiya etmək üçün yapışqan lentinin hissəsini düzbucaqlı kartona yapışdırmaq lazımdır.

Kəsilmiş kvadrat dəliyin üzərinə yerləşdirilir və yuxarı hissədə düzbucaqlı sürgünün sərbəst sürüşməsi üçün yarıq qoyaraq, yapışqan lentlə üç tərəfdən yapıştırılır.

Əmin olmaq lazımdır ki, sürgü aşağıya doğru sərbəst tərpənir.

Sayğac düzəldilir. Sayğac növbəti kadr üçün lentin nə qədər fırladırlmasının müəyyən olunması görə lazımdır. Kifayət qədər sərt, möhkəm və əyilmiş plastik lazımdır.Spiraldan bir ilgə kəsilir.



Lentin təzə çarxı götürülür.  Sayğacı elə yerləşdirmək lazımdır ki, o, lentin dəliyinə sərbəst daxil ola bilsin.

Çarx güvənli şəkildə yapışdırılmalıdır. Sayğacı, lentdən azacıq dartaraq yoxlamaq olar. Sayğac lentin arxa hissəsində asan sürüşməldir və lentin dəliyinə düşərkən çıqqıldamalıdır. Əgər bu baş vermirsə, o zaman lent kəsilməlidir və sayğacı yenidən biraz tərpətməyə cəht edilməlidir.
Lent yerləşdirirlir. Birincisi lideri lentdən kəsmək lazımdır.
Lentdən azacıq çıxardılır və üzü yuxarı emulsion tərəfi ilə (parlaq olmayan) kibrit qutusundan keçirdilir.

Şəffaf yapışqan lentdən istifadə edərək, letin qırağı boş çarxın lentinin qırağı ilə birləşdirirlir. Əmin olmaq lazımdır ki, qıraqlar bir yerdə uzlaşır və lent sərbəst olaraq boş çarxa keçə bilir. Birləşmənin möhkəm olmasına əmin olmaq lazımdır.

Novu yenidən qutuya qoymaq lazımdır.

Lenti çarxa elə yığmaq lazımdır ki, qıraqlar qutuya sıx dayansın. Əmin olmaq lazımdır ki, çarx və qutu sıx birləşdirilib və nə lent, nə də boşluq görünmür.

İndisə qutunu işıqkeçirtməz etmək lazımdır.
Bütün qıraqları qara izolentlə şəkildə göstərildiyi kimi yapışdırmaq lazımdır. Hər bir barabanın sonlarına diqqət yetirmək lazımdır. İki qat lent çəkmək tövsiyyə edilir.


Lenti asan fırlatmaq üçün bankanın üzükcüyündən istifadə etmək olar.

Qəbuledici çarxda bir az təzyiq yaratmaq üçün qəbuledici çarxın əsasına yağız və ya salfet yerləşdirmək olar. Sıx etmək lazım deyil, yoxsa lenti fırlatmaq çətin olacaq.


Bu qədər. Kamera istifadə üçün hazırdır. Əmin olmaq lazımdır ki, sürgü bağlıdır. Lenti fırlatmaq (yeni kadra keçmək) üçün qəbuledicini saat əqrəbi əksi istiqamətində fırlatmaq lazımdır. Çıqqıltıya nəzarət edilməlidir. 24mm-lik çərçivənin istifadəsi zamanı hər şəkil üçün 6 çıqqıltı və 36 x 24mm-lik ölçülü kadr üçünsə 8 çıqqıltı saymaq lazımdır. Lenti geriyə yerləşdirilmiş sayğaclı çarxa fırlatmağa cəht etmək olmaz, çünki lent qırıla bilər.

Necə çəkmək? “Kibrit qutusu” (Matchbox) pinhol kamera f90-a bərabər olan diafraqma ədədinə malikdir. Ekspozisiyanın dəqiq donmasına ehtiyac yoxdur. ISO 100 və 200 lentlə  çəkiliş zamanı sürgünün açılıb-bağlanması vaxtını təyin etmək üçün aşağıdakı hesablamalardan istifadə etmək məsləhət görülür.
Küçədə günəşli havada: 1 və ya 2 saniyə
Küçədə buludlu havada: 5 saniyə
Normal işıqlandırılmış yerdə: 5-10 dəqiqə