Sərlövhə

Ac "xoşbəxtlər"

Son zamanlar statuslarda, müəyyən qruplarda görürəm ki xanımlar və bəylər nikahdan sonra imkansızlıqdan, kirayə qalmaqdan şikayət edirlər. Həqiqətən də belə insanları anlamıram. Tutaq ki siz nikaha girmək istəyirsiz. Bu adi haldı. Nikah qeydiyyatı orqanlarına müraciət edirsiz. Bir ay içində əgər hər hansı əsaslı səbəb yoxdursa, sizin nikahınız qeydə alınır. Uzağı balaca, yığcam yığıncaq edərək, başlayırsız birgə həyata. Amma əgər sizin başınız üzərində yaşayacağınız damınız yoxdursa, ömür boyu kirayə qalaraq, həyat keçirəcəksizsə, hansı ağılla evlənirsiz? Borca-xərcə girib, toyuna az qala min nəfər çağırıb, üstəgəl də kreditə götürdüyü pulun hesabına, zinət, geyim, toy ləvazimatı alandan sonra qaytara bilməyənlərdən danışmıram. Onlar diriliyində qiymət vermədikləri, ölümündən sonra yasına dünyanın nemətini sərənlərlə eyni səviyyədədir. Mən heç kimi mühakimə etmək istəmirəm. Sadəcə sizin şikayətləriniz o qədər iri miqyas alıb ki, artıq gözlərdən də yayınmır. Ard-arda baş verən devalivasiyalardan sonra hal-hazırda hamıya məlumdur ki iqtisadiyyat və sosial vəziyyət böhrandadır və bu böhran nə qədər sürəcəyini heç kəs bilmir. Bu cür çətin vəziyyətdə, işsizliyin pik nöqtəsini yaşadığı zamanda necə gəldi ailə qurmaq, ailə qurmaq bir qırağa bu vurhavurda dünyaya övlad gətirmək məndə dəhşət doğurur. Əsr olub 21, il olub 2017 insanlar hələ də qoruyucuların nə üçün olması və onlardan düzgün istifadəni bilmir. Evlənən kimi 9 ay sonra valideyn və qohum-əqrəbanın təkidi ilə dünyaya yarı ac, yarı tox qarınla övlad gətirmək, illər sonra o övlad üsyan qaldıranda isə "Səni əzab əziyyətlə dünyaya gətirib, böyütmüşəm" deyib, başlarına vuraraq, minnət etmək hansı düşüncəyə sığır? Məgər övladlarımız onları dünyaya gətirməyimiz üçün bizə yalvarır, yaxud bəlkə xahiş edir? Özümüz övladı məhz özümüz üçün dünyaya gətiririk, sonra da özümü eqoistcəsinə borcu verilməyən insan kimi aparırıq. Valideyn kimi də əsaslı və ya əsassız səhv olduğumuz halda onları səhv çıxarmağa çalışırıq.
Nikaha sırf "bicbala" övlad olmasın deyə daxil olanlar çoxdur. Amma bir çox insanlar nəsil artırmaq istəmirlər. Hətta bəziləri uşaq evindən uşaq götürməyə razı olduqları halda, öz övladlarını dünyaya gətirməyə razı deyillər. Yaxud bunun əksinə, nikaha girmədən dünyaya övlad gətirərək, nəsil artırırlar. Mən kimisə nikahdan kənar övlad dünyaya gətirmək üçün təşviq etmirəm. Bu hər kəsin şəxsi seçimidir. Ancaq əgər siz nikah kimi məsuliyyətli bir məsələyə girişmisizsə, o zaman canınız çıxsın öz valideynlərinizə övlad istəmədiyinizi bildirməyə cəsarət tapın. Öz ayaqları üstündə dura bilməyən, indiyə kimi 5 manat pul qazanmadığı halda, evlənmək sevdasına düşən hər iki cinsin nümayəndələri biraz keçmir ki boşanır. Nikahı oyuncaq bilib, sonradan böyük problemlərlə üzləşdikdə çox az insan bu problemləri dəf edə bilir.
Dünyaya gələn uşağın doğum evindən tutmuş, ta ki məktəbinə və bütün həyatı boyu ona xərclənən məsrəflərin nə qədər pul tutduğunu dərk etmək çox vacibdir. Yaxşı, mən bu uşağı dünyaya gətirdim, sonra necə dolanacağam? Ən dəhşətlilərindən biri də hər il dünyaya  övlad gətirib, sonra da sosial şəbəkələrdə yardım istəyənlərdir. Fikirləri əvvəlki vaxtlara gedərək, "Uşaqdı da, böyüyəcək" deyib, bir ucdan doğmaqla məşğul olmaq inkubatorluq təsəvvürü bağışlayır. Cəmiyyətə yararsız övlad vermək, onun cəmiyyətə, cəmiyyətin isə ona necə təsir edəcəyini anlamaq lazımdır. Təsirin əks təsirə bərabər olduğunu çox heyif ki unuduruq. Çox yazmağı sevmirəm. Amma bir şeyi anladım ki fikirlərimi feysbuk statusunda cəmləyə bilməyəcəyim qədər uzun olacaq. İnsanların çoxu hələ də dərk etməyiblər ki, bir birlərinə borcları yoxdur. Öhdəlik borc deyil. Ödtəlik çiyinlərimizə aldığımız məsuliyyətdir. Biz nə qədər məsuliyyətin nə olduğunu, onu çiyinlərimizə aldığımızdan sonra ağırlığından nə qələt elədimizi anlamayacağıma kimi bədbəxt olacağıq. Çünki biz özümü başqasının yerinə qoyub, onun yerində olacağımız təqdirdə nə edəcəyimizi düşünmək belə istəmirik. Bizə verilən beyni, düzgün istifadəsindən savayı haraya istəsək işlədirik. Hər kəsə bol uğur arzu edirəm. Güclü olun və bir-birinizə dəstək durun. 

6 комментариев:

  1. fikirlərinlə tam razıyam, hal-hazırda bədbəxtbir həyatımın olmasına səbəb məhz valideyinlərimin gələcəyi düşünmədən ailə qurmasıdı, mən də valideyinlərimə görə məcbur heçnə edə bilmirəm, xəyallarımın arxasıyca gedə bilmirəm, vicdanım yol vermir, amma, bu bir yerə qədərdi, sonda ya intihar edəcəm yada başımı götürüb gedəcəm uzaqlara

    ОтветитьУдалить
  2. həqiqətən də heç bir uşaq valideynlərinə nəsə borclu deyil. bu fikir haradan yaranıb necə yaranıb başa düşmürəm. borc o halda olardı ki biz onlardan bizi dünyaya gətirib bizi böyütməklərini xahiş edərdik. belədə ki nə borce soxum belə həyata nə iş var nə pul var hansı günümüzə evlənək özümüzə güclə baxırıq. dünyaya uşaq gətirmək də istəmirəm çünki bu xarabaya gələcək uşağa yazığım gəlir...

    ОтветитьУдалить
  3. Çox sadə,yorucu olmayan doğru mükəmməl bir yazı
    Halal olsun Xanım gözəl mövzudu

    ОтветитьУдалить