Necəsən?
Mənsiz sən necəsən?
O soyuq, nəmişli, kirli
dörd divar arasında
Necəsən?
Necəsən?
Mənsiz sən axı necə,
yaşaya bilirsən?
Necə yuxudan durursan?
Necə uyuyursan?
Necəsən?
Bu sualı mən
Uzun zaman oldu ki
Sənə vermədən,
Yaşadım
Bəs sən?
Yaşaya bilirsən?
Bəs sən?
Heç soruşmaq
istəmədinmi məndən
bu günədək
mən necəyəm?
Salam, bir dənəm
Necəsən?
Mən sənsiz necəyəmsə
Sən də mənsiz eləcəsən
Necəsən?
18.12.2015. Ə.X ithafla T.Ə.
Комментариев нет:
Отправить комментарий