Gedməyə ümidi olanlar kimi yox,
Qalmağa ümidi olmayanlar kimi baxırsan mənə.
Nəsə gözləyirmiş kimi.
Nəsə istəyirmiş kimi.
Daha sənə heçnə verməyəcəyimi bilə-bilə,
Sınmış bir qəlbdən sevgi tələb edə-edə baxırsan mənə.
Cümlələr düzəlmir əvvəlki tək.
Nə qədər bir-birimizə əzab versək belə,
Sənə deyiləcək sözlər olmadığı halda,
Gözlərin dolmamalı olduğu, lakin dolduğu halda,
Mən daha əzab çəkmək istəmirəm.
Yorğunluğu baxışlarımla ifadə edir,
Gülüşüm çığırtıya bənzəyir elə bil.
Qoy heç kim bilməsə də bunları sən bil.
Bil və sus, çünki mən səni sevirəm.
Sevgi artıq idi, bunu da bilirəm.
Bilirəm və susuram sən də sus.
Qalmağa ümidi olmayanlar kimi baxırsan mənə.
Nəsə gözləyirmiş kimi.
Nəsə istəyirmiş kimi.
Daha sənə heçnə verməyəcəyimi bilə-bilə,
Sınmış bir qəlbdən sevgi tələb edə-edə baxırsan mənə.
Cümlələr düzəlmir əvvəlki tək.
Nə qədər bir-birimizə əzab versək belə,
Sənə deyiləcək sözlər olmadığı halda,
Gözlərin dolmamalı olduğu, lakin dolduğu halda,
Mən daha əzab çəkmək istəmirəm.
Yorğunluğu baxışlarımla ifadə edir,
Gülüşüm çığırtıya bənzəyir elə bil.
Qoy heç kim bilməsə də bunları sən bil.
Bil və sus, çünki mən səni sevirəm.
Sevgi artıq idi, bunu da bilirəm.
Bilirəm və susuram sən də sus.
Комментариев нет:
Отправить комментарий