Sərlövhə

Dəyər verməyənlər.

Dünyaya gəldikdən sonra həyatı dərk etdiyimmüddətcə özümü insan hesab etməmişəm. Yəni, fikrimcə, hər insan bədənində olanlar insan deyillər. Kim nə bilir kim kimir? Nə olsun insan kimi görünür?
Əlqərəz, söhbətin səmtin dəyişməyim. İnsan deyilən məxluq çox qəribə davranışı ilə seçilir. Əlbəttə sözsüz insanlar həddindən artıq müxtəlifdirlər. Bu müxtlifliklər də insanları bir neçə kateqoriyaya bölür. İndi bunu sadalamayacağam. Əsasən maraqlı olanlar realda iki yanağı ilə seçilən amma çox üzlülərdi. Bu tip insanlar ətrafında olan digərləri ilə hər biri üçün ayrı-ayrılıqda üz seçirlər. Bu çox üzlülər üçün bunu etməyə səbəb çoxdu. Yenə də mövzüdan uzaqlaşdım.
Sevdiklərimizin itkisi həyatımızın sonuna kimi iz buraxır. Əsasən də qəfləti ölümlər. Ömürümüz boyunca yanımızda olan bir kəsin günlərin bir günü mövcudluğuna son qoyulması içimizdə boşluq yaradır. Hərənin öz hisslər amma bilirsiz dahanə maraqlıdır? Niyə bəzilər kimsə yaxın adam ölündə görünüş yaradır? Güya ki bu adamı çox sevirmiş, güya ölümünə ürəyi ağrayır? Sağlığında heç salam vermədiyi biri niyə ğlümündən sonra qiymətliyə çevrilir? Axı kim məcbur edir ki sizin sevmədiyiniz birisi üçün görünüş xətrinə yas tutasız? Güya ki siz yaxşı insansız? Sizin yalandan ağlamanız sızlamanızın nə faydası var əgər ölün artıq ölübsə? Mənasızda sosial şəbəkələrdə profilinə girib divarında ağlaşma qurmaq? Vaxtında vermək lazım idi dəyəri. vaxtında sevmək, vaxtında hissləri bildirmək, vaxtında vaxt keçirtmək lazım idi. Gec olduqdan sonra bu kimə llazımdır. Sizə ola bilər. Özünüzü başqalarının yanında ağıllı, hissiyatlı göstərmək üçün. İyrəncsiniz həqiqətən də. Özünüzü güya qürurlu göstərməyiniz üçün adicə salamı belə vermirsiniz ancaq ölün kimi əzizləşir sizin üçün. Bəs niyə vaxtında etmirdiz bunu?

Комментариев нет:

Отправить комментарий