Sizi bilmirəm, amma mən yazmağı sevirəm. Bəziləri bunu oxuyub deyəcək gözlərimiz aydın. Yox, yazmaq eşqi oxumaq eşqindən irəli gəlir. Nəsə, bunu bir qırağa qoyaq. Niyə mən məhz ölkəmizin xanım bloggerləri haqqında yazmağı qərara aldım? Abunə olduğum bir kişi blogger var. Adı İbrahim Niftiyevdir. Keçən həftə onun blogunu ələk-fələk edib, maraqlı məqalə axtararkən, gözlərim təsadüfən, təzə yazılmış məqaləyə dəydi. Məqalənin adı "Əziz bloggerlər, dəyişməyin vaxtıdır" idi. Bu məqalə yerli istedadlı kişi bloggerlər haqqındaydı. Düzü mən özümü feminist saymıram. Amma nədənsə beynim sözün yaxşı mənasında "çöndü". Niyə xanım blogger haqqında blogumda məqalə olmasın ki? İnternetin, sosial şəbəkələrin, mikro və makro blogların bu qədər məşhur olduğu zamanda niyə də xanım bloggerlərimizi mənim oxuyucularım və ümumən sosial şəbəkədə məni izləyənlər tanımasın? Uzun sözün qısası, başladım xanım bloggerləri axtarmağa. Feysbukda status yazdım ki bəs kim xanım bloggerlər tanıyırsa, bloguna və feyskbuk profilinə, eləcə də elekton poçtuna keçid versin. Çox sağ olsunlar dostluğumda olan və olmayanlar əllərindən gələn yardımı etdilər. Düzü dostluğumda da blogger xanımlar var. Həmin xanımlarla bir-bir əlaqə saxlayıb, 3-5 standart suallarımı ünvanladım, onlar da öz növbəsində məni qırmadılar. Cavablandırıb, fotoları və bloglarına linklərlə mənə yolladılar. Budur, qarşınızda əlim çatan, ünüm yetən, ölkəmizin xanım bloggerləri. Əlbəttə yəqin ki bu xanımlardan da başqa xanım bloggerlərimiz olmamış olmaz. Lakin mən yanlız bu xanımlardan xəbər tutub, onların cavablarını olduğu kimi sizə çatdırıram. Yadımdan çıxmamışkən, artıq üç ilə yaxın tanıdığım, çox hörmətli İbrahim bəyin bloguna link buraxıram. İbrahim əsasən oxuduğu kitablar və baxdığı filmlərdən məqalələr yazır. Kişilərsiz bir günümüz olmasın. İbrahim bəyin bloguna keçid: İbrahim Niftiyev
Buyurun, xanım bloggerlərimizə ünvanladığı 3-5 standart suallara cavablar. Siz də onları tanıyın, onların bloglarını oxuyun və onları sevin. Çünki qadınların mənim fikrimcə möhtac olduğu dörd şey var: mərhəmət, sədaqət, sevgi və diqqət. P.S. Özümü lap filosof hiss elədim, fikir verməyin, dəliliyimdən irəli gəlir.

Bloguna keçid: Aysel Tarlanqizi

Həsənzadə Fidan (ləqəbim Cahangirli) 27 yanvar 1995. Subayam, BDU jurnalistika fakültəsində oxuyuram. İxtisasım jurnalistdir. Hobbim çeynənmiş olsa da, kitab oxumaqdır. Musiqi və filmlərdir daha çox ingilis dilində seriallara baxıram.blog yazmağa məni cəmiyyət vadar edir. Ətrafımdakı insanlar, onların düşüncələri, davranışları, müşahidələrim yazmağa vadar edir. Və olan hadisəyə və ya müşahidələrimə satirik yanaşmağı sevirəm.
Bloguna keçid: Fidan Cahangirli

Bloguna keçid: Zumrud Cavid

Bloguna keçid: Nazli Shahzade

Bloguna keçid: Masuma Ahmadova
Günel Fərhad qızı Emin. 28 iyul 1983-cü ildə Bakı şəhərində anadan olmuşam, ailəli olub, ayrılmışam, 5 yaşında bir qızım var, 2000-ci ildə 132 saylı orta məktəbi, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini almışam. İxtisasca maliyyəçi, iqtisadçıyam, risk, sərmayə, maliyyə inzibatçılığı, beynəlxalq maliyyə münasibətləri, maliyyə cinayətkarlığı ilə mübarizə sahəsində çalışıram.Yazmaq, toxumaq, kitab oxumaq, piyada gəzmək, açıqca yığmaq, sevdiyim musiqi janrları üzrə rəqs etmək kimi hobbilərim var. Səyahət etməyi, sağlam qidalanmağı və idmanı çox sevirəm. Uşaq yaşlarımdan yazıram, ictimaiyyətə yazılarımı 2002-ci ildə təqdim etmişəm, Paritet və Palitra qəzetlərində dərc edilməklə (rəhbərliyinə öz minnətdarlığımı bildirirəm). Sonra azersayt.com ilk milli bloq saytında yazılarımı yerləşdirmək ehtiyacı və zəruriyyətini hiss etdim, sayt 2012-ci ildə birdən-birə dayandı. 2012-ci ildə Paritet qəzeti də fəaliyyətini dayandırdı. Mən də yaradıcılığıma ara verdim, ancaq sosial şəbəkədəki səhifəmdə paylaşırdım. 2015-ci ilin mart ayında yazılarımı olke.az saytı dərc etdirməyə başladı, buradan saytın rəhbəri Məmməd Gülməmmədova öz dərin minnətdarlığımı bildirirəm. Daha sonra todaysbaku.az (Vüqar Quliyev) və aktual.az (Anar Yusifoğlu) saytlarında dərc edilməyə başladım. 2015-ci ilin aprel ayının sonu idi, rəfiqəm Ruhanə Paşazadə yaradıcılığımla tanış idi, məsləhət bildi ki, bir bloq saytından qeydiyyatdan keçim, həm müəlliflik hüququna görə, həm də yazılarım ilk orada çap edilər, öz bloq saytım olar. Bloqqer kimi əslində 2008-2012-ci illərdə unudulmaz.azersayt.com saytım ilə fəaliyyətdə olmuşdum. Yenidən qayıdışım sadəcə wordpress.com saytında oldu, buradakı bloq səhifəm mənə daha çox uğur gətirdi, media yazılarımı birbaşa oradakı səhifəmdən götürür. İstinad hüququm tam qorunmasa da, müəlliflik hüququnun qorunmasına ciddi nəzarət edirəm. Hər mövzuda yazıram, sosial, aktual mövzularda, tənqidi, satirik, yumoristik, realistik, təhlili, araşdırma yazılarım da az deyildir. Yaradıcılığımı geniş oxucu auditoriyasına, yazılarımda olan ismarıcları cəmiyyətin üzvlərinə çatdırmaqdır istəyim. Bir də sevdiyim məşğuliyyət insanları müşahidə etmək, baxdığım filmə və oxuduğum kitaba dair fikirlərimi yazmaq, çox zaman tənqidi rəylər yazmaq.

Bloglarına keçid: Gunel Emin Gunel Emin

Bloguna keçid: Samira Huseynzade

international qht gürcüstanda hər 3 cənubi qafqaz ölkəsindən seçilmiş gənclərin qatıldığı proqram çərçivəsində yazmağa başladım. Əsasən mövzularım konkret istiqamətdə olmur, yəni ürəyim nə istədisə, çalışıram bütün qafqazı əhatə edən mövzular olsun və ya sırf sosial Azərbaycana aid. Çox fəal deyiləm, yəni belə bir qanunum yoxdur ki ayda 10 dənə bloq yazmalıyam. İstədiyim zaman yaziram, necə deyərlər bədahətən, təb gələndə) özüm maliyyəçiyəm, İqtisad universitetini həm bakalvr, həm magistr üzrə bitirmişən, ixtisasımı da çox sevirəm. hobbilərim arasında illərdi nə? harada?nə zaman? intellektual oyunları oynuyuram, breyn rinq tv versiyada kapitan olmuşam və futbola baxmağı çox sevirəm, ən çox rahatlaya bilər məni futbol baxmaq) bir də yaman melomanam) Blogum kifayət qədər oxunur deyim, yəni çox yazmadığımı nəzərə alsaq, müxtəlif ölkələrdən və bir neçə min dəfə artıq oxunub. Heç yerdə PR aparmıram. Sırf öz fb səhifəmdə share edərəm uzağı, burda da 140 dostum var) yəni, kütlə yığmıram məqsədyönlü şəkildə.
Bloguna keçid: Gunel Nagiyeva

Fatimə Hüseynzadə, 22 yaşım var, subayam. Həmişə içimdəkiləri yazılara tökməyi istəmişəm, sadəcə başlamaqçün nəyəsə ehtiyac duyurdum. Nəhayətində hind filmləri haqqında eşitdiklərim məni vadar etdi ki, başlayım. Əvvəl düşünürdüm sadəcə hind filmləri haqda olacaq, amma hiss etdim ki, başqa şeylərdən də yazmalıyam. Çox uzağa getməyək, elə bu gün Axır çərşənbə falları haqda yeni post yazdım.Yaxın zamanlarda məşhur filmlər, kitablar haqda da yazılar olacaq. İxtisasca isə mühəndisəm, ADNA məzunuyam.
Bloguna keçid: Fatime Huzeynzade


Aysel Abdullazadə. 06.05.1990. Subayam. Blog yazmağın xüsusi bir özəlliyi yoxdur, fikirlərini ictimailəşdirmək, topluma sunmaq üçün bloq sistemində işləmək əlverişlidir. Bir yazar kimi qələmimin əsas mövzusu toplumda qadın problemləri, yaşadığımız bu cəmiyyətdə XXI əsr olmağına baxmayaraq, hələ də qadın-qız olmağın çətinlikləri və ayrıseçkiliyi qarşısında dayanıqlılıq göstərmək, tabuları məhv etmək üçün qələmimə sarılıb, səsimi onunla insanlara çatdırmaqda bloq mənə ən yaxşı vasitədir. 2011-ci ildə Bakı Qızlar Universitetini bitirmişəm, ixtisasım filoloqdur. Hobbilərim müxtəlifdir. Səhərlər sübh tezdən dəniz kənarında dolaşmağı sevirəm, musiqi və dəniz vazkeçilməzimdir. Bir də yazmağı... Yazmadan yaşaya bilmərəm. Bu hobbidən çox, mənim üçün artıq yaşam tərzinə çevrilib, yemək, su ehtiyacı kimi həyatımda yer alıb.
Bloguna keçid: Aysel Abdullazade 
P.S. Nəzərə alsaq ki, Natella Osmanlı rusdillidir və blogunu rusca aparır, mən bu səbəbdən onun cavablarını tərcümə etdim.
Natella Osmanlı, boşanıb, bir oğlu var. Qərb Universitetinin məzunudur Yazıçı, jurnalist, piar və smm-məsləhətçisidir. Blogum mövzulara dair yox, öz müəllifliyim ətrafındadır. Blogumda eskizlər və qeydlər var. Blogum #pureImpression səyahət-layihəsinə daxildir.
Bloguna keçid: Nata Osmanli

Bloguna keçid: Vesile Abbas

Sevinc Məmmədova. 16.08.1984. Subayam. Blog yazmağa məni ilham pərim vadar edir, gələndə yazıram, gəlməyəndə susuram. Əsasən kitablar, ədəbiyyat haqqında yazıram. BDU, Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsini bitirmişəm, ixtisasca IT mühəndisiyəm. Hobbilərim: tikmələr, əl-işləri, anti-stress boyamalar, şəkərbura bəzəmək və s.
Amanova Gültac, 10 noyabr 1995 ci il. Subayam. Bakı Dövlət Universitetində III kurs Sosial İş ixtisası üzrə təhsil alıram. Blog yazmağa məni vadar edən səbəb ilk vaxtlarda oxuduğum kitabların sujet xəttinin, qəhrəmanlarının adlarının yadımdan çıxması və ən əsasıda kitabı oxuduqdan sonra müzakirə edə biləcəyim çox insan olmamasına görə hərşeyi unutmağım oldu. Oxuduğum kitablar haqqında yazıram daha çox. Oxuyub bitirdikdən sonra nə hiss edirəm, necə kitab idi, xarakterlər necə idi deyə yazıram. Eyni zamanda izlədiyim filmləri, dinlədiyim musiqiləri bölüşürəm (ki bunu daha çox özüm üçün yazıram, düşünürəm ki 3-5 il sonra geriyə dönüb izlədiyim film, dinlədiyim musiqi zövqümü xatırlaya bilərəm bununla). Bunlarla yanaşı “sosial iş” ilə və onun əhatə etdiyi mövzularla bağlı insanları maarifləndirməyə, mahiyyətini çatdırmağa çalışıram. Blog yazmağa dediyim kimi, daha çox gündəlik kimi, bəzi şeyləri unutmayım deyə xatırlamaq üçün yazırdım, və ilk başlarda ən maraqlı hobbi olmuşdu mənim üçün. Sonradan izləyicilərimin sayı dəhşətli dərəcədə artmasa da 50-60 nəfər belə olsa,hətta daimi 1 izləyicin olsa belə, daha çox məsuliyyətlə bu işə yanaşmam gərəkdiyini gördüm. Son 2-3 ayda hobbi olaraq demək olar mı bilmirəm, ama yazmağı çox sevirəm. Yazmaq deyəndə hekayələr, şeirlər yox əsasən keçirdiyim anımı, hisslərimi. Bununla bağlı yüzlərlə yazı yazmışam, ama sadəcə özümdə saxlamağa üstünlük verirəm, çünki yazdıqdan sonra bütün ağlımda dolanan fikirlərin durulduğunu və günümü daha rahat keçirdiyimi düşünürəm. Oxuduğum kitabların şəkillərini çəkməyi, toxumağı, pianoda ifa etməyi, velosiped sürməyi sevirəm. Məni gündəlik–sıradan rutinləşmiş həyatdan çıxarda biləcək hərşeyi sevirəm. O andakı yorğunluğumu şahmatın götürəcəyini hiss edirəmsə şahmat oynayıram, o gün sabah gözəl oyandımsa dostlarımla dəlicəsinə əylənə bilirəm. Yəni, dəqiq bir hobbim var deyə bilməmişəm heçvaxt, hərşeylə məşğul ola bilərəm. Ən əsası odur ki, həyatı çox sevirəm, hər nə yaşanılırsa yaşansın yaşadığım hər anın dəyərini bilirəm. Həyat dolu insanları, pozitiv düşünən, azad qərar qəbul edə bilən insanları ətrafımda toplamağı və həmişə özümdə elə olmağı sevirəm. İnam və həyat sevgisi sayəsində hərşeyi bacara bilərəm. Blogumunda daha böyük kütlələrə təsir edib, kitab sevgisi aşılaya biləcəyi günləri görmək istəyirəm. Ən az 5-6 nəfər blogumda gördüyü kitabı oxuyub, eyni düşüncələri paylaşdığımızı deyəndə çox sevinirəm, bu insanların sayının artmasını və evlərin kitablarla dolub-daşdığı, insanların ön yarğılarının qalxdığı, hərkəsin üzündən gülüş əskik olmadığı günlər görmək istəyirəm bir gənc olaraq. Bu sahədə də üzərimə nə düşürsə həmişə etməyə hazıram, və bacardığım qədərilə edirəm.

Lamiyə Göycəyeva, 16.06.1986, evli, uşaq yoxdur, təəssüratlarımı unutmaq istəmirdim, mövzular: kitab, kino, yemək reseptləri, uşaqlıq xatirələri, tərcümə etdiyim hekayələr. Bitirdiyim universitet: AzTU-Azərbaycan Texniki Universiteti, ixtisas: telekommunikasiya mühəndisi, hobbilər: toxuma, tikmə, tərcümədir.
Bloguna keçid: Lamiye Goyceyeva


Bloguna keçid: Gultac Amanova
Son iki xanım blogger özlərinə məlum olan səbəblərdən
Amanova Aytac. 1997ci ildə anadan olmuşam. Subayam.Hal hazırda Azərbaycan Tibb Universiteti Müalicə işi 1ci kurs tələbəsiyəm. Blog yazmağım daha çox digər yaxşı blogları gördükcə onları digər insanlara tanıtmaq istəməmlə başladı. Blogumda digər bloglar haqqında fikirlərimi yazmağı düşünürəm. Blogların dizaynı,yazılarını digər bloggerlər və blog izləyiciləri ilə də müzakirə edilir. Azərbaycanlı bloggerləri kəşf etmək və tanıtmaq əsas məqsədimdi. Bundan başqa,bədii kitab və filmləri sevirəm vaxt tapdıqca)
Bloguna keçid: Aytac Amanova
Qurbanova Aytən. 8 mart 1994-cü ildə Gəncə şəhərində anadan olmuşam. Azərbaycan Dillər Universtitetinin "İngilis dili müəllimliyi" ixtisasının 4-cü kurs tələbəsiyəm. Yaxın insanlar mənə "Aytoş" və "Qurbanova" deyə çağırırlar. Gənclik illərimdən maksimum istifadə edib boş durmamaya çalışıram. Məqsədim zamanımı səmərəli keçirməkdir. Bakıya gəlişimin ilk günlərindən köhnə "İrəli" İB-dən başlayaraq ondan belə Respublikada təşkil olunan demək olar ki, bütün layihələrdə könüllü kimi fəaliyyət göstərirəm. Xobbim maraqlı məlumatlar axtarıb insanlara çatdırmaq və türk dilində romantik kitablar oxumaqdır. Uşaqlıqdan mənə "Qənirə Paşayeva" deyirlər. Hələ bir çoxları isə "jurnalist" deyir. Açığı sevmirəm mənə jurnalist deyəndə. Bəlkə də cəmiyyətimizdə onlara qarşı mənfi münasibət, qeyri-ciddi qəbul olunmamaları məndə də onlar haqqında ziddiyyətli fikirlər yaradıb. Azərbaycanıma olan sevgimin əsası gördüyüm hadisələri insanlara çatdırıb onların gözünün açılmasına və inkişafında nələrsə etməyə çalışmaqdır. Haqqımın tapdalanmağımı sevməyən biriyəm. Ən əsasda, sözümü deməyi bacarıram. Hətta bir çox yerlərdə öz sözüm olmasa belə cəmiyyətimin problemini bildirib narazılıq edirəm. Belə hərəkətlərimə bəzən anam "Bəsdir!", "Sənə qalıb camaatın problemi?!", "Ay qız, sən axırda məni öldürəcəksən", "Bakı səni pis öyrədib" ,"Sən mənim canım, yazma" sözlərini deyir. Və bloq yazmağımı eşidəndə yaxınlarımın məni "top atəşi"nə tutacaqlarını düşünürəm. Amma məni anlayanların dəstək olacağına inanıram. Azərbaycanımda olan hər bir problem mənim cəmiyyətimin problemidir, cəmiyyətimin problemi isə Qurbanovanın problemidir.
Bloguna keçid: Ayten Qurbanova
Bloguna keçid: Ayten Qurbanova
Shade Nagizade (təxəlüsümdür) ad soyad olaraq son zamanlar elə bu cürə tanınıram. 1993-cü ilin 15 aprel buraxlışlıyam.Evim var amma subayam, blog yazmağa 2010-cu ildə başlamışdım. Sadəcə uşaqlıqdan yazı yazmağa həvəsli olduğum üçün bu işi bir hobbi kimi görməyə başladım və bir sıra məqalələr paylaşdım. Blogdan daha çox facebook vasitəsiylə yazdıqlarımı paylaşırdım. Daha sonra qərar verdim ki, yenidən bloggerlik fəaliyyətimə davam etməliyəm və iki ay öncə radioyazar adı ilə yenidən geri qayıtdım. Mövzular müxtəlifdir. Daha çox öz əsərlərimi (şeir, roman, köşə yazıları) paylaşdığım halda bəzən insanlara maraqlı olan məlumatları da araşdırmaqda zövq alıram... Əfsuslar olsun ki, valideynlərimin təkidi ilə Quba Dövlət Sosial İqdisad Kollecinin "İngilis dili" fakultəsini bitirmişəm. Özüm haqqında danışmaq ağırdır, ümid edirəm ki, yazdıqlarım sizi sıxmadı. Pessimistliyimi xoş qarşılayın, daha yaxşısını bacarmıram. Bir də hobbimi deməyi unutdum. Tanımadığım insanların playlistlərində saatlarla vaxt keçirirəm, ancaq heç vaxt şəkillərinə baxmıram. Onların nə etdiklərini, hansı evdə yaşadıqlarını, necə bir ruha sahib olduqlarını dinlədiyi ifalardan təyin etməyə çalışıram.
Bloguna keçid: Shade Nagizade

Mən Çeşmə Əli. 1991-ci ilin yanvarın 26 Şabran rayonunda anadan olmuşam.Orta təhsilliyəm, ailəliyəm, övladım yoxdur. "Həyatın rəngləri"- adlı bloq səhifəmi 2015-ci ildə yaratmışam. Düzünü desəm, yazmaqla aram yoxdu, əsasən çəkdiyim şəkilləri və o şəkillərə aid məlumatları qeyd etmişəm. Əsas mövzular "Doğma yurdun seyrində" Azərbaycanın bölgələrindən olan şəkillərim yer alır. İmkan daxilində rayonlara gedib, şəkillər çəkirəm. "Tarixin izləri" - Tarixi abidələr. Uşağları çox sevirəm, elə onlar da məni sevirlər. "Məsum təbəssümlər " adlı mövzuda çəkdiyim uşaq şəkilləri yer alır. Oxuduğum kitablar haqqında məlumatlar paylaşıram və s. Hobbilərim - sevdiyim işlərlə məşqul oluram, o an ürəyimdən nə keçsə həyata keçirməyə çalışıram. Əl işlərim olur. Güllərə qulluq etməyi, torpağla məşğul olmağı çox sevirəm. Kitab oxumağı, oxuduğum kitab haqında müəlifi və s araşdırıb, əlavə məlumatlar öyrənirəm. Şəkil çəkməyi çox sevirəm.

Mən Çeşmə Əli. 1991-ci ilin yanvarın 26 Şabran rayonunda anadan olmuşam.Orta təhsilliyəm, ailəliyəm, övladım yoxdur. "Həyatın rəngləri"- adlı bloq səhifəmi 2015-ci ildə yaratmışam. Düzünü desəm, yazmaqla aram yoxdu, əsasən çəkdiyim şəkilləri və o şəkillərə aid məlumatları qeyd etmişəm. Əsas mövzular "Doğma yurdun seyrində" Azərbaycanın bölgələrindən olan şəkillərim yer alır. İmkan daxilində rayonlara gedib, şəkillər çəkirəm. "Tarixin izləri" - Tarixi abidələr. Uşağları çox sevirəm, elə onlar da məni sevirlər. "Məsum təbəssümlər " adlı mövzuda çəkdiyim uşaq şəkilləri yer alır. Oxuduğum kitablar haqqında məlumatlar paylaşıram və s. Hobbilərim - sevdiyim işlərlə məşqul oluram, o an ürəyimdən nə keçsə həyata keçirməyə çalışıram. Əl işlərim olur. Güllərə qulluq etməyi, torpağla məşğul olmağı çox sevirəm. Kitab oxumağı, oxuduğum kitab haqında müəlifi və s araşdırıb, əlavə məlumatlar öyrənirəm. Şəkil çəkməyi çox sevirəm.
Son iki xanım blogger özlərinə məlum olan səbəblərdən
fotolarının yayımlanmasını istəmədilər. Hörmətlə...
Adım Sevinc Ağayeva. 1976-cı ildə doğulmuşam. Ailəliyəm, üç övladım var. Müəlliməm. Bloq yazmağa bir il öncə başlamışam. Niyyətim fayda verməkdir. Bloqda müxtəlif bölmələr var: mətbəx, sağlamlıq, tariximiz və s. Arayıb-araşdırıram, maraqlı, faydalı nə var dərc edirəm. Amma heç bir milli saytlardan, bloqdan copy etmirəm. Xarici saytlardan tərcüməylə kifayətlənirəm. Bir də "Yazılarım" bölümü var ki, buradakı yazılar ancaq özümə aiddir. Çünki hərdən qələmim dinc durmur, nələrisə cızma-qara edirəm. Hobbim şeir, kiçik hekayələr yazmaqdır.
Bloguna keçid: Sevinc Agayeva
Səbinə Muradova. 1993-cü ildə anadan olmuşam. Azərbaycan Universiteti jurnalistika fakültəsini fərqlənmə ilə bitirmişəm. Blogum 2012-ci ildən açmışam ilk öncə dərs məqsədli olsada sonradan yazmağa davam etdim. Hobbilərim make up , nailartdır. Blogumda makiyaj, dəb , gözəllik qısacası qadınları maraqlandıran hər mövzuda yazılar təqdim edirəm. Gələcəkdə youtube kanalı açmağı düşünürəm.
Bloguna keçid: Sebine Muradova
Axşamınız xeyir. İlk əvvəl, Xanım Əliyevaya təşəkkür edirəm. Blogger xanımların hər biri ( məndən başqa☺️) gəncdirlər. Onlara işlərində uğurlar arzulayıram. Tanış simalar gördüm. Xüsusən də Zümrüd xanım, Günel Fərhad qızı.
ОтветитьУдалитьçox sağ olun çox minnətdaram heyif fotonuz yoxdu amma olsun sağ olun ki ünsiyyətə girdiz
УдалитьMən də təşəkkür edirəm, xoş ünsiyətə, diqqətə və maraqlı mövzuya görə
ОтветитьУдалитьçox sağ ol
УдалитьÇox bəyəndim Xanım xanım)) uğurlar qadası)
ОтветитьУдалитьçox sağ ol)
УдалитьTəşəkkür edirəm :) Doğrusu bir az tələsik cavablar oldu. :) Olsun.Yeri gəlmişkən, digər blogger xanımlar haqqında oxumaq da xoşdur. :)
ОтветитьУдалитьsiz çox sağ olun
УдалитьBurda Aysel Abdullazadənin blogunu mən yığmışam :)) Blogspotda kim istəsə onun blogunu dizayn edə bilərəm :))
ОтветитьУдалитьbir aprel zarafatıydı?))
УдалитьSalam.Hər vaxtınız xeyir.Sizinlə bir mövzu haqqında müzakirə aparmaq istəyirdim.E_mailinizi yazsanız şad olaram.İndidən təşəkkür.
ОтветитьУдалитьxanim2004@mail.ru
УдалитьZeyneb mənə yaz
ОтветитьУдалить