Bu
yazını yazmaqda səbəb bezməyimdir. Bunu oxuyanlar deyər ki lap belə gözlərimiz
aydın bezmisən bizə nə? Amma işdə burasındadır ki bizim evimizi yıxan bizə nə
söhbətidir. Bir çox saytlarda, yada bloqlarda yazılan yazılar, üsyankarlıq,
dindən şikayət edələr, mintaliteti qınaq obyektinə çevirənlər, bakirəliyi yüksəklərə
qaldıranlar və ya deffekt hesab edənlər, dinə stereotip deyənlər, ateistlikdən
xəbəri olmayıb dini peyğəmbərləri tehqir edib, amma əslindəsə dərindən düşünsələr
bunun nə qədər mənasız olduğunu anlayacaqlar. Bir düşünün. Biz nəyi inkar ediriksə, deməli ola inanırıq
ki, onu inkar edirik. Çünki inanmadığın bir şeyi necə inkar edə bilərsən? Mən
kifayət qədər ateist tanışlarım və dostlarım var. Ateistliyə anormallıq kimi
baxmıram da. Amma bir məsələ var. Elmi olub və elm cəhətdən inkar edənlər, düşüncəsi
ateist – ekzistenzialist və materialist baxımdan inkişaf edənlər bu başqa məsələdir.
Amma bu sözlərdən birini belə bilməyib, ömründə nə bir elmi, nə də bir bədii
kitab üzü açmayan, ancaq ateistliyi bakirəliyi, dövlətdə baş verən daxili
münaqişələri, sosial problemləri və digər işləri əllərində bayrağ edənlər adamı
sözün əsl mənasında igrəndirir. Nə qədər rəzil olduqlarını görəsən başa düşmürlər?
Öz fikirlərini aydın şəkildə ifadə edə bilməmələrinə baxmayaraq özlərini ağıllı
sayanlar nə qədər gülüncdürlər. Biləni “filosof”, “özünü ağıllı göstərmək istəyən”
adlandıran gəncləri içində yaşayırıq. Başqasına gülüb, onda kompleks yaradan,
lakin özünün əlindən və dilindən, lap betər isə başdından və biliyindən heçnə gəlməyən
gəclik içində yaşayırıq. Kitab oxuyanlara axmaq gözüylə baxıb, kitabını əlindən
alan, cıran ya da yandıran, yada ki, “Axmaqsan? İşin gücün qurtarıb kitab
oxuyursan? Deyəsən boş vaxtın çoxdur!”
Özüsə saatlarla boş vaxtlarını gic-gic saytlarda sərf edən, facebooku və
digər sosial saytlarda oturub onu pisləyən, heçnədən bir məna çıxartmağa
çalışmayan gənclik içərisində yaşayırıq. Mən üsyankarlığı sevirəm. Çünki
xarakter çətədən özümdə elə insanam. Amma kiminsə namaz qılmasına gülmək, təhqir
etmək və ya bakirə olduğunu az qala şüar kimi, yaxud qadın olduğunu və bununla
fəxr duyanları anlamaq çox çətindir. Hətta deyərdim mümkünsüzdür. Yazdıqlarımı
oxuyub mənə gülənlərdə olacaq, məni məşğərəyə qoyanlarda. Bunun bir fərqi
yoxdur. Sadəcə düşünün. Ali təhsil ocaqlarında təhsil aşağıdır deyə “pul verib
canımı qurtaracağam”, 4 il ərzində dərsin necə gəlib necə keçəcəyin bilməyən tələbələrimiz
az deyil. Bununla mübarizə aparmaq sizcə lazım deyil? Küçələrdə lazımsız yerə
üsyana çıxıb, özü özlüyündə bunun mənasız olduğunu anlayanlar da az deyil. Dövlətdən
millətdən hər şeydən narazı olanlar, “mən niyə nəsə etməliyəm qoyun mənim üçün
etsinlər” prinsipi ilə yaşamaqdansa niyə özümüz nəsə etməyək? Bu ölkədən fürsət
düşən kimi qaçacağam. Deyib bəzən həqiqətən Amerika və ya hər hansı avropa ölkəsində
cinsi azadlığa görə qaçmaq istəyənlər çoxdur. Sırf çoxunun kökündə bu durur. Güya
ora təhsilə və ya hüquqi azadlığa görə getmək istəyirlər? Kimi aldadırsız?
Özünüzü. Gəlin açıq danışaq. Ya da ki əlbətdə özünüz bilərsiz. “Mənə nə?” deyib
yaşamaq çox asandır, başqasına gülməkdə. Bir şeyi unutmayaq, nə etsək özümüz
özümüz üçün edəcəyik. Ona görə hər şeydən narazı olub, yersiz, mənasız üsyan
etməkdənsə, sadəcə nə edə bilərsiz, bu haqda düşünün. Hamıya uğurlar.
raziyam ozumuzu deyishmesek bawqalari deyishmeyecek.
ОтветитьУдалитьdiger olkelerde xoshum gelen xususi cehetleri sadalayacam meselen : ishsizlere posobiya verirler. ve tehsilini bitirdikden sonra oz sahene gore iw tapirsan . ve diger sebebler hansilari ki yazsam chox uzun olar.. raziyam