Sərlövhə

Mənə nə?


Bu yazını yazmaqda səbəb bezməyimdir. Bunu oxuyanlar deyər ki lap belə gözlərimiz aydın bezmisən bizə nə? Amma işdə burasındadır ki bizim evimizi yıxan bizə nə söhbətidir. Bir çox saytlarda, yada bloqlarda yazılan yazılar, üsyankarlıq, dindən şikayət edələr, mintaliteti qınaq obyektinə çevirənlər, bakirəliyi yüksəklərə qaldıranlar və ya deffekt hesab edənlər, dinə stereotip deyənlər, ateistlikdən xəbəri olmayıb dini peyğəmbərləri tehqir edib, amma əslindəsə dərindən düşünsələr bunun nə qədər mənasız olduğunu anlayacaqlar. Bir düşünün.  Biz nəyi inkar ediriksə, deməli ola inanırıq ki, onu inkar edirik. Çünki inanmadığın bir şeyi necə inkar edə bilərsən? Mən kifayət qədər ateist tanışlarım və dostlarım var. Ateistliyə anormallıq kimi baxmıram da. Amma bir məsələ var. Elmi olub və elm cəhətdən inkar edənlər, düşüncəsi ateist – ekzistenzialist və materialist baxımdan inkişaf edənlər bu başqa məsələdir. Amma bu sözlərdən birini belə bilməyib, ömründə nə bir elmi, nə də bir bədii kitab üzü açmayan, ancaq ateistliyi bakirəliyi, dövlətdə baş verən daxili münaqişələri, sosial problemləri və digər işləri əllərində bayrağ edənlər adamı sözün əsl mənasında igrəndirir. Nə qədər rəzil olduqlarını görəsən başa düşmürlər? Öz fikirlərini aydın şəkildə ifadə edə bilməmələrinə baxmayaraq özlərini ağıllı sayanlar nə qədər gülüncdürlər. Biləni “filosof”, “özünü ağıllı göstərmək istəyən” adlandıran gəncləri içində yaşayırıq. Başqasına gülüb, onda kompleks yaradan, lakin özünün əlindən və dilindən, lap betər isə başdından və biliyindən heçnə gəlməyən gəclik içində yaşayırıq. Kitab oxuyanlara axmaq gözüylə baxıb, kitabını əlindən alan, cıran ya da yandıran, yada ki, “Axmaqsan? İşin gücün qurtarıb kitab oxuyursan? Deyəsən boş vaxtın çoxdur!”  Özüsə saatlarla boş vaxtlarını gic-gic saytlarda sərf edən, facebooku və digər sosial saytlarda oturub onu pisləyən, heçnədən bir məna çıxartmağa çalışmayan gənclik içərisində yaşayırıq. Mən üsyankarlığı sevirəm. Çünki xarakter çətədən özümdə elə insanam. Amma kiminsə namaz qılmasına gülmək, təhqir etmək və ya bakirə olduğunu az qala şüar kimi, yaxud qadın olduğunu və bununla fəxr duyanları anlamaq çox çətindir. Hətta deyərdim mümkünsüzdür. Yazdıqlarımı oxuyub mənə gülənlərdə olacaq, məni məşğərəyə qoyanlarda. Bunun bir fərqi yoxdur. Sadəcə düşünün. Ali təhsil ocaqlarında təhsil aşağıdır deyə “pul verib canımı qurtaracağam”, 4 il ərzində dərsin necə gəlib necə keçəcəyin bilməyən tələbələrimiz az deyil. Bununla mübarizə aparmaq sizcə lazım deyil? Küçələrdə lazımsız yerə üsyana çıxıb, özü özlüyündə bunun mənasız olduğunu anlayanlar da az deyil. Dövlətdən millətdən hər şeydən narazı olanlar, “mən niyə nəsə etməliyəm qoyun mənim üçün etsinlər” prinsipi ilə yaşamaqdansa niyə özümüz nəsə etməyək? Bu ölkədən fürsət düşən kimi qaçacağam. Deyib bəzən həqiqətən Amerika və ya hər hansı avropa ölkəsində cinsi azadlığa görə qaçmaq istəyənlər çoxdur. Sırf çoxunun kökündə bu durur. Güya ora təhsilə və ya hüquqi azadlığa görə getmək istəyirlər? Kimi aldadırsız? Özünüzü. Gəlin açıq danışaq. Ya da ki əlbətdə özünüz bilərsiz. “Mənə nə?” deyib yaşamaq çox asandır, başqasına gülməkdə. Bir şeyi unutmayaq, nə etsək özümüz özümüz üçün edəcəyik. Ona görə hər şeydən narazı olub, yersiz, mənasız üsyan etməkdənsə, sadəcə nə edə bilərsiz, bu haqda düşünün. Hamıya uğurlar.  

1 комментарий:

  1. raziyam ozumuzu deyishmesek bawqalari deyishmeyecek.
    diger olkelerde xoshum gelen xususi cehetleri sadalayacam meselen : ishsizlere posobiya verirler. ve tehsilini bitirdikden sonra oz sahene gore iw tapirsan . ve diger sebebler hansilari ki yazsam chox uzun olar.. raziyam

    ОтветитьУдалить