Sərlövhə

Çətindir

Həyatımın ən çətin dönəmlərini yaşayıram. Altı aydır ki magistraturanı bitirmişəm. Amma hələki iş tapa bilmirəm. Bir çox yerlərə CV göndərməyimə baxmayaraq, heç birindən cavab gəlmir. Dosltarımın təklif etdikləri işlərsə çox heyif ki nə maaş, nə məsafə, nə də iş baxımından qane etmir. Çoxdandır bu qədər çətin olmamışdı. Son bir neçə ayı ailəmizdə krizis yaşanır. Atamın içinin azalması ailəmizə maddi cəhətdən böyük zərbə vurub. Mənim də üstəgəl işsizliyim vəziyyəti biraz da çətinləşdirir. İş yerlərinin çoxu ya staj istəyir, ya yüksək səviyyədə ingilis dili, ya da beynəlxalq sertifikat. İki ay öncə təhsil və karyera yarmarkasında bir iki yerə cv verdikdən sonra mənə Azerenerjidən zəng gəldi. Təzəcə sevinmişdim ki, telefonun o biri başında danışan oğlan sevincimi yarıda qoydu. Məndən beynəlxalq sertifikat istədi. Elə bir sertifikat ki onun aylıq kursunun qiyməti minimum 200 manatdır. Ən azı üç ay getmək lazımdır. Mən də oğlana bildirdim ki, birinci işə düzəlməliyəm ki sonra kursa gedim. uzun sözün qısası razılaşmayıb, sağ ollaşdıq. Ondan sonra iş təklifi gəlmədi mənə. Hardasa yaya  kimi istədiyim maaşlı iş tapa bilməsəm heç özüm də bilmirəm nə edəcəyəm. Magistraturaya daxil olmamışdan öncə yarım ilə yaxın bacanaqlar serialında oynayırdım. Hər ay yüz əlli manat əmək haqqı ödənilirdi, sonuncu ay iki yüz manat verdilər mənə və onunlada əlvida deyildi. Çünki sonra mənə məlum olmayan səbəblərdən serialdan uzaqlaşdırıdım. Məni digər seriala yönəltdilər. Xəzər tv-də ö vaxtlar yayımlanan Aramızda qalsın serialının təsisçiləri ilə tanış olduqdan sonra, mənim üçün rol olduğunu bildirərək iş təklif etdilər. Bil bilsəz necə sevincliydim. Düşündüm ki nə gözəl, həm oxuyaram həm işləyərəm. Həmin il mahistraturaya daxil olmuşdur. Amma ki olmadı. Mənlə kontrakt bağladılar, ssenarini öyrənməyə verdilər. Bir ay boyunca sərasər ora ayaq döydüm ki, bu gün sabahda məkiləcəyəm. Yox ki yox, olmadı. Hətta orda orta yaş aktyorlarından biri mənə az qaa master dərsi keçirdi. Düzü adını unutmuşam ancaq özünü yox. Çox sağ olsun öyrədirdi. Lakin sevincim gözümdə qaldı. Sən demə əvəzimə başqa qz götürüblər və mənə heçnə deməyiblər, hətta o qızı artıq iki seriyaya çəkiblər də. Mənimsə heçnədən xəbərim olmadan ora ayaq döyürəm. Mənə dedilər ki güya səhv ediblər, bəs mənə başqa rol təklif edəcəklər bunun əvəzi. Ancaq günlər keçdi bunlardan səs çıxmadı. Bir il sonra kontraktım qüvvədən düşdü onsuzda. Məni serialdan uzaqlaşdıran kişinin adı İslam idi deyəsən. Mənə qarşı bu qədər vicdansızlıq ediləcəyini ağlıma gətirməmişdim. Çəkmədiklərinə görə yox, əsla! Sadəcə məni əllərində oynadaraq, həmin vaxt başqa birisini məkməklər. Olmaz axı belə. Düzü əsl səbəbkarın kim olduğunu bilmirəm. Bunu onların vicdanlarına buraxıram. Bu işdən sonra bir iki dəfə serialların kastinqinə gedib, qəbul olsamda bəxtimdən seriallar maliyyə tapa bilmədiyindən, çəkilmədilər. Mən də beləcə iki il magistraturada oxuyandan sonra oranı bitirdim. Hal-hazırda həyatımda çətinliyin pik nöqtəsini yaşayıram. Buna nə qədər müddət dözəcəyimi bilmirəm. Sağ olsun dostlarım, əllərindən gələn yardımı etməyə çalışırlar, ancaq alınmır. İşsizlikdən təkcə mən yox, mənim kimi istedadlı və ali təhsilli nə qədər insan əziyyət çəkir. Haradasa iyuna qədər iç tapmağı ümid edirəm. Amma sonra nə ümid qalacaq, nə inam. Mən isə məhv olmağa davam edəcəyəm. Deyəcəksiz ki faciyəyə çevirirəm. Bəli, bu mənim üçün faciyədir. 

Комментариев нет:

Отправить комментарий