Sərlövhə

Qadın-3

Qadın, səni tez tez xatırlayıram. Qadın, sənin əllərin, iş görməkdən kobudlaşmış, qadın sən kobudlaşmış əllərinlə yenə də incə görsənirsən. Qadın, səni min incə əlli, kobud ürəkli başqa qadınlara dəyişmərəm. Qadın, bişirdiklərin yeməkləri bir başa əllərinlə yedizdiyini xatırlayıram. Qadın, barmaqların dodağıma toxunduğunu xatırlayıram. Qadın, soyuqdan üşüyən bədənini sobada qızdırdığını xatırlayıram. Qadın, saatlarla qaz sobasından ayrılmadığını, ayaq üstə keçirtdiyin saatları xatırlayıram. Qadın, mən səni xatırlayıram. Qadın, səni unutmaq mümkün deyil. Qadın, səni sevirəm. Qadın.......

Комментариев нет:

Отправить комментарий