Sərlövhə

Niyə belə kişiləri sevirsiz?

Bir çox kişilər  yazır və deyirlər ki qadınları anlamırlar. Anlamamaqlarının səbəbi də " Sizi həqiqətən sevəni yox, sizə gül gətirəni sevirsiz, sizin üçün hər şeydən keçəni deyil, sizi sevirəm deyəni bəyənirsiz, sizi bayramlarda və ad günlərinizdə təbrik edənləri, sizə zəng edənləri, sizə yazanları, sizi harasa dəvət edənləri sevirsiz. Bunları etməyənləri sevmirsiz. Ən qəribəsidə odur ki, buna təəccüblənirlər və utanmadan da niyə sualı verirlər. Niyə sualı verməmişdən qabaq özünüzü analiz edin. Qadınları anlamaq olar, lakin, siz bunu istəmirsiz. Niyə qadınların belə kişiləri sevdiyi göz önündədir. Qadınlar diqqəti sevir. Bunu anlamaq bu qədər çətindir? Aşırı diqqəti yox, hər dəqiqə başı deyilən boş sözləri, yazılan mənasız cümlələri yox. Həqiqi diqqəti sevir. Bunu deyən kişilər sevgilərini uzun illər qəlblərində saxlayır, bəziləri ömrünün sonunda bunu həmin insanlara yazmaqla və ya deməklə bildirir, bəziləri isə ömürlərinin sonunadək içlərində saxlayaraq həmişə qadınları günahlandırırlar. Qadınları günahlandırmadan öncə özünüzün səhvlərini görməyə çalışın. Əgər həqiqətən də siz hər şeyi düzgün edirsiz və qadın günahlkardırsa, bu başqa məsələ. Özünü apara bilməyən, kimisə onu sevdyini bilib dağ başına qoyanlardan söhbət getmir. Ancaq, həqiqətən də sevgiyə layiq olan qadına sevginizi vaxtında etiraf etməyə çalışın. Bu zaman daha kimisə günahkar bilməyə ehtiyac yaranmayacaq. 

Комментариев нет:

Отправить комментарий