Sərlövhə
Kitablara bənzər
Gözəl üzlü insanlar, gözəl üz qabıqlı kitablara bənzəyirlər. Yalnız içini açıb tam oxuduqdan sonra kitab haqqında fikir söyləyə bildiyimiz kimi, insanı da tanıdıqdan sonra fikir söyləmək olar. Bəzilərinə içi maraqlı deyil, yalnız zahirinə baxmaqla kifayətlənirlər. Əslində bəziləri sadəcə içini oxumaqdan qorxurlar. Qorxurlar ki, aldanarlar, yanılarlar, oxuya bilməzlər, qorxurlar ki, üz qabığı içiylə uzlaşmaz. Axı insanın daxili zahiri kimi həmişə gözəl olmur. Onlar bunu da bilir. Kimisə qorxusuna güc gəlib oxuyur, kimisə həyatı boyu baxmaqdan savayı heçnə etmir, edə bilmir, etmək istəmir.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий